Dünya Özəl

ABŞ husilərə məxsus obyektləri hədəfə aldı

ABŞ husilərə məxsus obyektləri hədəfə aldı

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus gəmi əleyhinə ballistik raketi və 4 pilotsuz uçuş aparatını (PUA) vurub.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Açıqlamada, bu hücumların bölgə azadlığının qorunması üçün edildiyi vurğulanıb.

Həmçinin, beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova