Hindistanın Cammu və Kəşmir bölgəsində qayığın batması nəticəsində 6 nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb.
Məlumata görə, qayıq Şrinaqar şəhərində Jelum çayı üzərində tikilməkdə olan körpüyə çırpılaraq aşıb.
Səlahiyyətlilər batmış qayıqda 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü, 10 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Bildirilib ki, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (SDRF) itkin düşənlərin axtarış-xilasetmə işlərini davam etdirir.
Aysu Demokrat.az


