Hadisə

Kürdə batan ata və qızın axtarışlarına dalğıc-xilasedicilər cəlb olunublar

Kürdə batan ata və qızın axtarışlarına dalğıc-xilasedicilər cəlb olunublar

Kürdə batan ata və qızınaxtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Bu barədəFHN-dənməlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar.

Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S.və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altıyaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

NE
Nihadə Eyyubova