Hadisə Özəl

Türkiyədə dəhşətli partlayış: Yaralılar var

Türkiyədə dəhşətli partlayış: Yaralılar var

Türkiyədə taxta fabrikinin xammal anbarında partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Bolu vilayətində baş verib. Partlayış nəticəsində 3 nəfər yaralanıb.

Yanğın yerinə yanğınsöndürmə, xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğına müdaxilə edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova