Türkiyənin Hakkari rayonunda yağan güclü yağış nəticəsində bəzi evləri su basıb, yollar göllərə çevrilib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, rayonda 2 gündür davam edən leysan yağışları nəticəsində müxtəlif bölgələri su basıb.
Vətəndaşlar ərazidən təxliyə edilib.
Sonda zərərçəkənlər, səlahiyyətlilərdən dəstək istədiklərini ifadə edib.
Aysu Demokrat.az


