Mozambikdə miqrant qayığının batması nəticəsində 94 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Mozambik Dəniz Nəqliyyatı İnstitutu (INSTRASMAR) məlumat yayıb.
Bildirilib ki, 130 şəxsin olduğu qayığın batması nəticəsində 94 nəfər ölüb, 26-sı isə itkin düşüb.
Yaralı şəxslər isə xilasetmə qrupları tərəfindən xəstəxanalara yerləşdirilib.
Qayığın ölkənin Nampula əyalətinin Lunqa bölgəsindən Mozambik adasına doğru üzdüyü qeyd edilib.
İlkin araşdırmalara görə, qayığın güclü dalğa nəticəsində batdığı müəyyən edilib.
Aysu Demokrat.az


