“COP29 BMT çərçivəsində keçirilən ən böyük tədbirlərdən biridir. İndiyə qədər Azərbaycanda bu miqyasda tədbir keçirilməyib. COP29 Azərbaycan üçün böyük siyasi əhəmiyyət daşıyır. Azərbaycan dünya miqyasında keçirilən bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib. COP29-un ölkəmizdə keçirilməsi dövlət başçısına verilən yüksək qiymət və etimaddan xəbər verir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O qeyd edib ki, 11-24 noyabr tarixlərində keçiriləcək mötəbər tədbirin gündəliyi hələki təsdiq olunmayıb:

“Konfransın gündəliyi may ayında Almaniyada keçiriləcək iqlim dialoqu zamanı müəyyən olunacaq. Bir çox ölkə rəhbəri, nazirlər COP29-a qatılacaq. İştirakçı sayına görə bu tədbir ölkəmizdə bu vaxta qədər keçirilənlərin ən böyüyüdür. Düşünürəm ki, tədbirin yüksək səviyyədə baş tutmasına nail olacağıq. Azərbaycan hökuməti bunun üçün bütün imkanlardan istifadə edir”.
Törə Zeynallı Demokrat.az


