Hadisə

Bakıda xaos yaşanan yolda işıqforun işi bərpa edildi — VİDEO (YENİLƏNİB)

Bakıda xaos yaşanan yolda işıqforun işi bərpa edildi — VİDEO (YENİLƏNİB)

Qeyd olunan ərazidə svetoforların işləməməsinə səbəb svetoforlarda yaranan problem deyil, sadəcə həmin ərazidə aidiyyəti dövlət qurumu tərəfindən verilən elektrik kəsintisidir.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Baku.ws-ə bildirib.

"Qısa müdddət ərzində problem həll edilib. Artıq əraziyə elektrik verilib və işıqforların fəaliyyəti bərpa olunub. Sürücülər rahat və təhlükəsiz şəkildə yollarına davam edirlər".

*** 13:37

Paytaxtın Yasamal rayonunda işıqforun işləməməsi səbəbilə yolda sıxlıq yaranıb.

Demokrat.az-ın məlumatına görə, hadisə Şəfayət Mehtiyev küçəsi ilə Əbdürrəhim Bəy Haqverdiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Nəticədə yolda xaotik vəziyyət meydana gəlib. Eyni hal hazırda da davam edir.

Sözügedən görüntüləri təqdim edirik:

D
demokrat.az