Hadisə

Naxçıvanda qadın körpüdən çaya düşərək öldü

Naxçıvanda qadın körpüdən çaya düşərək öldü

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

Demokrat.azxəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az