Türkiyədə yük maşını ilə avtomobilin toqquşması nəticəsində 4 nəfərlik ailənin bütün üzvləri həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Şanlıurfa vilayətində baş verib.
Əraziyə polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.
Avtomobilin sürücüsü və həyat yoldaşı, 7 yaşlı oğlu və 3 yaşlı qızı aparıldıqları xəstəxanada dünyasını dəyişib.
Ailə başçısının polis əməkdaşı olduğu öyrənilib. Ailənin tətili keçirmək üçün Şanlıurfadan Malatyaya yola düşdüyü bildirilib.
Aysu Demokrat.az


