Dünya Özəl

İsrailin Roma səfirliyi bağlandı

İsrailin Roma səfirliyi bağlandı

İsrailin Romadakı səfirliyinin təhlükəsizlik riski səbəbindən bağlandığı bildirilib.

Demokrat.az xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” agentliyi məlumat yayıb.

Məlumatda, İranın Dəməşqdəki konsulluq binasına İsrailin hücumu səbəbindən ölkənin Romadakı səfirliyinin bağlandığı bildirilib.

Qeyd edək ki, aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hava hücumu həyata keçirilib.

Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub.

Hücumda 6 Suriya vətəndaşının həyatını itirdiyi də bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova