Şou-biznes

“Anam da o vaxtlar bu cür əziyyət çəkib” — Kamildən PAYLAŞIM

“Anam da o vaxtlar bu cür əziyyət çəkib” — Kamildən PAYLAŞIM

İdmançı Kamil Zeynallı son paylaşımı ilə diqqəti özünə çəkib.

Demokrat.azxəbər verir ki, idmançı bu dəfə süpürgəçi qadınlarla bir araya gələrək onlarla şəkil çəkdirib.

Görüntüləri sosial şəbəkə hesabında paylaşan Zeynallı vaxtilə öz anasının da bu cür əziyyət çəkərək övlad böyütdüyünü etiraf edib:

“Yolun o tərəfindən məni görüb qaça-qaça yolu keçiblər. Yaxınlaşdılar, dedilər ki, Kamil müəllim, pandemiya vaxtı bizə ərzaq yardımları edirdiniz, ona görə sizə təşəkkür etmək istədik.

Dedim, o vaxtlarda mənə dəstək olan dostlar sağ olsun, mən sadəcə vasitəçi olmuşam...

Allah kimsəni kimsəyə möhtac eləməsin, Amin.

Mənim anam da o vaxtlar bu cür əziyyət çəkib...”

D
demokrat.az