Region Özəl

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, Xuzistan əyalətinin Müşrage şəhərində baş verən zəlzələ yerli vaxtla saat 12.15-də qeydə alınıb.

Zəlzələ yerin 16 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova