Şirkət mətbuatda dərc olunan xəbərlərə aydınlıq gətirərək, yazılanları təkzib edib.
“Spektr Med” MMC olaraq bildirmək istəyirik ki, bəzi kütləvi informasiya vasitələrində şirkətin “Avromed Company” QSC tərəfindən alınmasına dair yayımlanan xəbərlər həqiqəti əks etdirmir.
Mediada yayımlanan xəbərlərə əsasən “Spektr Med” MMC əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed Company” QSC-yə satılmışdır. Qeyd edək ki, “Spektr Med” MMC 01.07.2009-cu il tarixində qeydiyyata alınıb. Şirkət iki şəxs tərəfindən təsis olunub. 2019-cu ildən etibarən təsisçilərdən biri ilə bugünə qədər fəaliyyətini davam etdirir. “Spektr Med” MMC-nin yarandığı gündən bugünə qədər qeydiyyat məlumatlarında “Avromed Company” QSC ilə əlaqəsi olmayıb.
Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində TƏBİB-in keçmiş sədri Ramin Bayramlının həmin vəzifəyə təyin olunduqdan sonra “Spektr Med” MMC-ni almasına dair xəbərlər əsassızdır.
“Spektr Med” MMC medianı bu cür informasiyaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün şirkət ilə əlaqə saxlamağı tövsiyə edir.


