“Vox News” yazıb ki, ABŞ Mərkəzi Kəşfiyyat idarəsi İranın 48 saat ərzində İsrailə zərbə endirə biləcəyi ilə bağlı İsraili xəbərdar edib. Bunun fonunda İsrail ordusu hava hücumundan müdafiə sahəsində ehtiyatda olanların orduya çağırışını artırıb.
Bu barədə Demokrat.az saytına açıqlama verən Word Panorama Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova bildirib ki, İsrail tərəfindən Dəməşqdəki İran konsulluğuna edilən zərbəni bir növ İsrailin özünün yanlışı olduğunu demək olar:

“Həmçinin ABŞ-ın İsraildən istifadə edərək yaxın şərqdəki məsələlərin digər dövlətlərə sıçraması üçün əlindən gələn hər şeyi edir. Buna görə də ABŞ İsrailin Fələstində törətdiyi genosidi birbaşa dəstəklədi. Bu da bölgədəki qarışıq məsələlərin genişlənməsinə rəvac açdı. İran da müharibə etmək istəmədiyini bir neçə dəfə bildirib. Əlbəttə İran şiə qrupları ilə olan mübarizəsini açıq şəkildə olmasa da davam etdirir. Bu yaxınlarda İranda olan partlayış zamanı İran bu məsələni ABŞ-ın əvvəlcədən bildiyini də demişdi. Yəni, İran bu məsələdə öz tədbirini aldı. Konsulluqdaki hadisədə də bir neçə önəmli ismin öldüyünü nəzərə alsaq, İran bunu belə buraxmayacaq, İsrailə qarşı hansısa bir həmlə edəcək”. Politoloq hesab edir ki, bu məsələdə də ABŞ-ın böyük rolu var, çünki ABŞ hadisələri getdikcə daha çox qızışdırmaqla məşğuldur.
“Lakin hal-hazırda İranın hər hansı bir ölkənin səfirliyində partlayış edəcəyini düşünmürəm. Çünki, bu, artıq üçüncü dünya müharibəsinin başlanğıcı deməkdir. Bu halda İran İsarilin hansısa qüvvələrinə və ya obyektlərinə zərbə endirəcək. Əgər Qərb bu məsələlərdə ikili rol oyanamadan royallıq göstərsəydi, vəziyyət bu qədər qarışmazdı. Bu,artıq tək İsaril yox, ümumən dünyanı cəənginə alan bir məsələdir və əlbəttə ki, buna bir tədbir görülməlidir”,- Ramiyə Məmmədova bildirib.
Törə Zeynallı Demokrat.az


