Hadisə

Silah anbarında PARTLAYIŞ — 4 hərbçi yaralandı

Silah anbarında PARTLAYIŞ — 4 hərbçi yaralandı

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.

Demokrat.az APA-ya istinadən bildirir ki, insident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.

Partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.

Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

Demokrat.az

D
demokrat.az