Dünya Özəl

Pakistanda şiddətli yağışda evlər uçdu: Ölənlər var

Pakistanda şiddətli yağışda evlər uçdu: Ölənlər var

Pakistanın Hayber Paxtunxva əyalətində yağan güclü yağış Bajaur və Şanqla bölgələrində evlərin uçmasına səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, əyalətin Bajaur bölgəsində 3-ü uşaq olmaqla 5 nəfər yağış nəticəsində uçan evin altında qalaraq həyatını itirib.

Şanqla rayonunda evin damının uçması nəticəsində 2 uşaq ölüb, 1 uşaq xəsarət alıb.

Ölkə ərazisində son 2 gündə təbii fəlakət nəticəsində ümumilikdə 5-i uşaq olmaqla 10 nəfər həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova