Hadisə Özəl

İzmir sahillərində daha 36 miqrant xilas edildi

İzmir sahillərində daha 36 miqrant xilas edildi

Türkiyənin İzmir vilayəti sahillərində 2-si uşaq olmaqla daha 36 miqrant xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, rayon sahillərinə xilasedici qruplar göndərilib.

Əməliyyat nəticəsində 2-si uşaq olmaqla 36 qeyri-qanuni miqrant Türkiyənin ərazi sularından sahilə çıxarılıb.

Saxlanılan miqrantlar əməliyyatların ardından Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Aysu Demokrat.az

D
demokrat.az