Hadisə

Biləsuvarda yol qəzası: Xəsarət alanlar var

Biləsuvarda yol qəzası: Xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Demokrat.azxəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az