Hadisə Özəl

Arvadı acıq edib evdən getdi, anasını döydü — TƏFƏRRÜAT

Arvadı acıq edib evdən getdi, anasını döydü — TƏFƏRRÜAT

Beyləqan rayonunda 1993-cü il təvəllüdlü Nadir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Tahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 9-da baş verib.

Nadir həmin gün, saat 19 radələrində yaşadığı evdə aralarında yaranmış şəxsi münasibət zəminindəki mübahisə zamanı anası Tahirəni vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, ailəsi ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır:

“Mən Əsmər adlı qadınla qeyri-rəsmi münasibətlərimiz olduğundan arvadım Günay bu münasibəti bildiyindən acıq edib atası evinə getdi. Buna görə də anam mənimlə yaşadığımız evdə mübahisə etdi. Anam mınim evdən çıxıb getməyimi bildirdi. Bundan sonra anaməı sakitləşdirmək istəsəm də, anam sakitləşmədi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Həmin mübahisə zamanı anamın sinəsindən itələdim. Həmin vaxt anam yerə yıxdım. Daha sonra anam mənə söyüş söydüyü üçün əsəbləşdim. Amanı yerdə yıxılı vəziyyətdə təpik və yumruqla sifət nahiyəsinə, kürək nahiyəsinə isə yerdən götürdüyüm ağac parçası ilə bir neçə dəfə zərbələr vuraraq xəsarət yetirdim. Həmin vaxt səsə atam gəldi və bizi araladı. Anamı mənim şəxsi həyatıma qarışdığı, məni təhqir etdiyinə görə döymüşəm”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Nadirin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova