Türkiyədə daha 84 qeyri-qanuni miqrant tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Çanaqqalanın Jandarma Komandanlığı, Sahil Mühafizəsi qrupları immiqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində əməliyyat keçirib.
PUA-ların da istifadə edildiyi əməliyyatda Əfqanıstan, İran, İraq, Fələstin, Suriya və Pakistandan olan 84 nəfər tutulub.
Saxlanılan xarici vətəndaşlar Miqrasiya idarəsinə aparılıb.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


