Dünya Özəl

ABŞ husiləri növbəti dəfə hədəfə aldı

ABŞ husiləri növbəti dəfə hədəfə aldı

ABŞ Yəməndə husilərə məxsus 7 gəmi əleyhinə raketi, 3 pilotsuz uçuş aparatını (PUA) və 3 silah anbarını “özünümüdafiə çərçivəsində” məhv etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumatda, CENTCOM qüvvələrinin husilərin nəzarətində olan ərazilərə “özünümüdafiə çərçivəsində” müdaxilə etdiyi bildirilib.

Müdaxilə çərçivəsində 7 gəmi əleyhinə raket, 3 PUA və 3 silah saxlama konteynerinin məhv edildiyi vurğulanıb.

Bəyanatda bu hücumun beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələrinə “daha ​​təhlükəsiz” etmək üçün edildiyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova