Dünya Özəl

Nigeriyada silahlı hücum: Çoxlu sayda əsgər həyatını itirdi

Nigeriyada silahlı hücum: Çoxlu sayda əsgər həyatını itirdi

Nigeriyanın Delta əyalətində silahlı hücumlar nəticəsində 16 əsgər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə üzrə İnformasiya Müdirliyi məlumat yayıb.

Məlumatda Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə xidmətdə olan əsgərlərə silahla hücum edildiyi bildirilib.

Hücumlarda 2 mayor və bir kapitan olmaqla 16 əsgərin həyatını itirdiyi qeyd edilib.

Həmçinin, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyi, hücumun səbəbinin araşdırılmağa davam etdiyi vurğulanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova