ABŞ-nin Ohayo, Kentukki və İndiana ştatlarını vuran qasırğa nəticəsində iki nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Ohayo ştatının Bellefonteyn şəhərində fırtına nəticəsində 2 nəfər ölüb, çox sayda insanın isə ağır yaralanıb.
Səlahiyyətlilər, əyalətin Plimut şəhərində bəzi yaşayış evlərinin də fırtına səbəbindən zərər gördüyünü bildirib.
Kentukki qubernatoru Endi Beşar qeyd edib ki, Milton şəhərində 100-dən çox tikili zədələnib.
İndiana əyalətinin Vinçester şəhərində isə fırtına səbəbiylə çox sayda insanın yaralandığı və zərərin müəyyən edilməsi üçün işlərin davam etdiyi açıqlanıb.
Qeyd edək ki, Kolorado ştatında isə qar fırtınası səbəbindən uçuşlar təxirə salınıb.
Aysu Demokrat.az


