Hadisə Özəl

Balıqçı gəmisi batdı — Ölənlər var

Balıqçı gəmisi batdı — Ölənlər var

İndoneziyada 37 nəfərin olduğu balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Bildirilib ki, Lombok adasına gedən balıqçı qayığı Bone Bayda fırtına nəticəsində batıb.

Axtarış-xilasetmə qruplarının əməliyyatları nəticəsində 2 nəfərin cəsədinin tapdıldığı bildirilib.

Bundan əlavə 11 nəfərin yaralı şəkildə sudan çıxarılaraq xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

Qeyd edək ki, hazırda itkin düşən 24 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az