Dünya Özəl

Yeni albomu ilə rekord qırdı

Yeni albomu ilə rekord qırdı

Ariana Qrande "Eternal Sunshine" adlı yeni işi ilə bir gündə ən çox dinlənilən albom rekordunu qırıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumatda, “Spotify” tətbiqinə əsasən, Qrandenin albomunun 2024-cü ildə bir gündə ən çox dinlənilən albom olduğu açıqlanıb.

Sözügedən albom martın 8-də tamaşaçılarla görüşüb.

Albom müğənninin iki həftə ərzində 1 nömrədə qalan “Positions” adlı albomdan sonra “Billboard 200” albom cədvəlində birinci olan ilk albom oldu.

Qeyd edək ki, “Positions" 2020-ci ildə “Grammy” mükafatına namizəd olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova