Mozambikin Nampula bölgəsində 72 uşaq silahlı qruplar tərəfindən qaçırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Lusa” agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən bölgədə silahlı qrupların hücumları artıb.
Həyata keçirilən son hücumlar zamanı 72 uşaq qaçırılıb, qaçırılan uşaqlardan 29-u xilas edilərək ailələrinə təhvil verilib.
Səlahiyyətlilər hücumlarda ölənlərin sayının hələ müəyyən edilmədiyini,çoxlu sayda məscid, məktəb, kilsə, ev və dükanın zərər gördüyünü açıqlayıb.
Qeyd edək ki, hücumlara görə “Ənsarus Sünnə” təşkilatı məsuliyyət daşıyır.
Aysu Demokrat.az


