Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda daha 36 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni davam etdirir:
Son bir həftədə “İŞİD” və “FETÖ” başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlarla daha 36 terrorçu zərərsizləşdirilib.
2024-cü il yanvarın 1-dən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayının İraqın şimalında 204, Suriyanın şimalında isə 315-ə çatdığı qeyd olunub.
Aysu Demokrat.az


