“Kristal Abşeron” şirkəti Gəncə şəhərində satış mərkəzi açdı!
Satış Mərkəzi artıq bu gündən fəaliyyətə başlayıb. Şirkət nümayəndəsinin verdiyi məlumata əsasən deyə bilərik ki, “Kristal Abşeron”un bu addımı atmağında əsas məqsəd Gəncə və ətraf ərazilərdə yaşayıb mənzil sahibi olmaq istəyənləri bu imkana daha yaxın etməkdir. Bakı, Sumqayıt, Xırdalan şəhərlərində müxtəlif layihələri olan şirkət artıq inşa edilən layihələrinin idarə edilməsi və satışını bu mərkəzdən də həyata keçirəcəkdir. 

“Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir və təmirdə dünya markalarından istifadə edilir. İndi 10%-dən başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz.
Ətraflı: *1544 , +994 22 265 65 75






