Dünya Özəl

Belçika Qəzzaya hava yardımı çatdıracaq

Belçika Qəzzaya hava yardımı çatdıracaq

Belçika hərbi təyyarələr ilə Qəzzaya hava yardımı edəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Belçika Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təyyarələr ilə həyata keçiriləcək yardım əməliyyatını Müdafiə Nazirliyi öz üzərinə götürüb.

Həmçinin, nazirliyin kəşfiyyat qrupunun hazırda praktiki hazırlıq üçün İordaniyada olduğunu bildirilib.

Qeyd edilib ki, kəşfiyyat qrupu martın 4-də “A400M” tipli hərbi nəqliyyat təyyarəsi ilə təchizatları yola salacaq və ən qısa zamanda bölgəyə yardım göndəriləcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova