Hadisə Özəl

Sahibsiz it bir gündə 8 nəfəri dişlədi

Sahibsiz it bir gündə 8 nəfəri dişlədi

Türkiyədə sahibsiz it eyni gündə 8 vətəndaşı dişləyib.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Diyarbəkir vilayətində baş verib.

Yaralanan vətəndaşlar bölgə xəstəxanasına yerləşdirilib.

Vətəndaşlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd vurulub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova