Sosial

Emin Əmrullayev: Azərbaycan elminə ayrılan maliyyə azdır

Emin Əmrullayev: Azərbaycan elminə ayrılan maliyyə azdır

Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq.

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

"İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur", - o deyib.

Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib.

"Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək". (APA)

D
demokrat.az