Bir çox teatr tamaşalarında, eləcə də seriallarda rol alan aktrisa Linda Qravatt vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Milli Teatrı məlumat yayıb.
Bildirilib ki, Nyu-Cersidə yaşayan 77 yaşlı aktrisa bu gün qəfildən vəfat edib.
Qeyd edək ki, “Lax & Order”, “30 Room”, “Person of Interest”, “Madam Secretary”, “The Good Wife” və “The Hoop Life” teleserialları ilə tanınan aktrisa 24 may 1946-cı ildə Harlemdə anadan olub.
Howard Universitetini bitirdikdən sonra Qravatt Vaşinqtonda Arena səhnəsində çıxış edib. Eyni zamanda müxtəlif məktəblərdə teatr təhsili alıb.
Aysu Demokrat.az


