Hadisə

Vilayət Eyvazovdan yol polisində yeni rəis TƏYİNATI

Vilayət Eyvazovdan yol polisində yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Demokrat.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev saytımıza təyinatı təsdiqləyib.

D
demokrat.az