Livanın paytaxtı Beyrutda 3 mərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 17 nəfər dağıntılar altında qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi “NNA” agentliyi məlumat yayıb.
Məlumata görə, Beyrutun Şuveyfət bölgəsində 3 mərtəbəli bina çöküb.
Dağıntılar altında 1-i uşaq, 2-si qadın olmaqla 4 nəfərin cəsədinin tapıldığı, 2 qadının isə sağ-salamat xilas edildiyi açıqlanıb.
Dağıntılar altında qalan 17 nəfərin axtarışları davam etdirilir.
Aysu Demokrat.az


