Dünya Özəl

Beyninə çip qoyulan ilk insanla bağlı AÇIQLAMA

Beyninə çip qoyulan ilk insanla bağlı AÇIQLAMA

Beyin çipləri hazırlayan “Neuralink” şirkətinin qurucusu İlon Mask, beyninə çip taxılan ilk insanla bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, Mask prosesin yaxşı getdiyini və xəstənin tam sağaldığını bildirib:

"Hazırda xəstə tamamilə sağalıb və hər şey qaydasındadır. Xəstə artıq düşünərək siçan kursorunu hərəkət etdirə bilir. Onun siçan kursorunu nə qədər hərəkət etdirə biləcəyi ilə bağlı tədqiqatlar davam edir”.

Qeyd edək ki, Mask yanvarın 29-da ilk insanın beyninə çip yerləşdirildiyini və bərpa prosesinin yaxşı getdiyini açıqlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova