Region Özəl

Minik avtomobili ilə sərnişin avtobusu toqquşdu: Yaralılar var

Minik avtomobili ilə sərnişin avtobusu toqquşdu: Yaralılar var

Türkiyədə minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Çorum vilayətində baş verib.

Qəza bölgəsinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova