Yaponiyada tanınan məşhur Daiso mağazalar şəbəkəsinin qurucusu Yano Hirotake dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, sözügedən şirkətin qurucusu və keçmiş prezidenti Yano 80 yaşında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, o, 1972-ci ildə "Yano Shoten" adı ilə pikap maşını satışına başlayıb.
Yano 1977-ci ildə biznesinin adını "Daiso" olaraq dəyişdirib və məhsullarını "100 yen"ə sataraq onu ərzaq zəncirinə çevirib.
Aysu Demokrat.az


