İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı 29 mini ötüb.
Demokrat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 107 fələstinlini öldürdüyü bildirilib.
Bununla da hücumlarda həyatını itirənlərin sayının isə 29 min 92 nəfərə yüksəldiyi bildirilib.
Açıqlamada, İsrail qüvvələrinin son hücumlarında daha 145 fələstinlini yaraladığı, Qəzza zolağında yaralananların ümumi sayının 69 min 28-ə çatdığı bildirilib.
Aysu Demokrat.az


