Türkiyənin Çanaqqala vilayəti sahillərində 19-u uşaq olmaqla 46 miqrant Sahil Mühafizəsi qrupları tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Sahil Mühafizəsinə məxsus "TCSG-61" gəmisi və "KB-20" mühafizə gəmisi bölgəyə göndərilib.
Sahil Mühafizəsi qrupları dayandırdıqları rezin qayıqda 19-u uşaq olmaqla, ümumilikdə 46 qeyri-qanuni immiqrantı yaxalayıb.
Saxlanılan miqrantlar Miqrasiya Mərkəzinə təslim edilib.
Aysu Demokrat.az


