Hadisə

PA-nın şöbə müdiri başqa vəzifəyə gətirildi — TƏYİNAT

PA-nın şöbə müdiri başqa vəzifəyə gətirildi — TƏYİNAT

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə heyətinin sədri vəzifəsinə təyinat olub.

Demokrat.az xəbər verir ki, sözügedən posta Rövşən Nəcəf təyin edilib.

Xatırladaq ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub. 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Təyinatdan əvvəl isə o, ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayından Prezident Administrasiyasının İnnovativ İnkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

D
demokrat.az