Hadisə

Kürdəmirdə qəza: Xəsarət alanlar var

Kürdəmirdə qəza: Xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2103 markalı minik avtomobilinin sürücüsü Şamaxı rayon sakini ArifHacısoltan oğlu Şirinov Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini NərimanSərdar oğluAbdullayevin idarə etdiyi VAZ 2106 markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova