Dünya

Türkiyə səfirliyi yaxınlığında PARTLAYIŞ — Onlarla ölü və yaralı var (VİDEO)

Türkiyə səfirliyi yaxınlığında PARTLAYIŞ — Onlarla ölü və yaralı var (VİDEO)

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10-dan çox insan həlak olub. 30-dan çox yaralı var.

Demokrat.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ, Türkiyə və digər səfirliklərin, o cümlədən nazirliklərin, NATO-nun Əfqanıstandakı mənzil-qərargahının yerləşdiyi 9-cu polis bölgəsində qeydə alınıb.

Hücuma görə məsuliyyəti “Taliban” terror qruplaşması üzərinə götürüb.

Terrorçuların hədəfində polislər olub. Hadisədən sonra antiterror əməliyyatları başlayıb.(Redaktor.az)

D
demokrat.az