Türkiyədə yaşayış binasının 7-ci mərtəbəsindən yıxılan 25 yaşlı gənc bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Ədirnə vilayətində baş verib.
Yaşayış binasının 7-ci mərtəbəsində yaşayan gənc oğlan eyvandan yıxılaraq ağır yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.
Sağlamlıq qruplarının müdaxilələrinə baxmayaraq yaralını xilas etmək mümkün olmayıb.
Polis qrupları hadisə ilə əlaqədar araşdırmalara başlayıb.
Aysu Demokrat.az


