Dünya Özəl

Avtobus aşdı: 1 ölü, 18 yaralı

Avtobus aşdı: 1 ölü, 18 yaralı

Türkiyənin Yozqat vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəzada 1 nəfər ölüb, 3-ü ağır olmaqla ümumilikdə 18 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

D
demokrat.az