Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb. Araşdırma aparılır.


