Gürcüstanın Rustavi şəhərində bazara edilən silahlı hücum nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Rustavi şəhərindəki "İstanbul" adlı bazarda şübhəli bir şəxsin silahlı hücum təşkil etdiyi bildirilib.
Hücum nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin isə xəstəxanaya yerləşdirildiyi vurğulanıb.
Qeyd edək ki, hücumçu şəxsin saxlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Aysu Demokrat.az


