Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.
Demokrat.az “Report”a istinadən xəbər verir ki, seçki prosesini izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.
Onların arasında rekord sayda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur. Məlumata görə, bu gün seçki prosesini 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi izləyir.
Həmçinin bir neçə QHT-nin koalisiyalarda birləşərək seçkiləri müşahidə etdiyi bildirilir. Bunlar “Mənim səsim Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası”dır.







