Region Özəl

Hakan Fidan Liviyaya getdi

Hakan Fidan Liviyaya getdi

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Maltadan sonra Liviyaya rəsmi səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Məlumatda, nazir Hakan Fidanın rəsmi səfəri çərçivəsində bu gün səhər saatlarında Maltadan Liviyanın paytaxtı Tripoliyə getdiyi bildirilib.

Mənbələr həmçinin nazirin gün ərzində Liviyada keçiriləcək görüşlərdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova