Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında “pomidor”la bağlı siyasi mübahisəyə çevrilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Fransanın keçmiş Ekologiya Naziri Segolele Royal iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorların "yeyilməz" vəziyyətdə olduğunu deyib.
İspaniyanın baş naziri Pedro Sançes tənqidlərin "əsassız" olduğunu müdafiə edib.
Həmçinin, fransalı keçmiş nazir Royalı "pomidorları dadmaq üçün" İspaniyaya dəvət edəcəyini bildirib:
"O, dadına baxanda görəcək ki, ispan pomidorları rəqibsizdir"
Qeyd edək ki, fermerlər günlərdir, öz ölkələrində, ən son isə Brüsseldə Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinin dəyişdirilməsini, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və yoxlamaların tətbiq edilməsini, qiymətlərin və maaşların artırılmasını tələb edərək, etiraz aksiyaları keçirirlər.
Aysu Demokrat.az


